Piyadanı vurub qaçan şəxs tutuldu

Piyadanı vurub qaçan şəxs tutuldu
  21 Yanvar 2021    Oxunub:2099
Sabirabad şəhərində piyadanı vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Sabirabad şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Y.Ataşov vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Y.Ataşovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Suqovuşan kənd sakini H.Məmmədov müəyyən edilərək saxlanılıb.

Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti