Şabranda qanunsuz ov edənlər saxlanıldı - FOTO

Şabranda qanunsuz ov edənlər saxlanıldı -    FOTO
  21 Yanvar 2021    Oxunub:1376
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: Ov   Şabran  





Xəbər lenti