DSX və DİN-dən birgə narkotik əməliyyatı

  19 Yanvar 2021    Oxunub : 1290
DSX və DİN-dən birgə narkotik əməliyyatı
Cəlilabadda külli miqdarda narkotik vasitələr ələ keçirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpədəki N saylı hərbi hissəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 18-də birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Uzuntəpə kənd sakini A.Şərbətov və sərnişini, Cəlilabad şəhər sakini S.Hüseynzadə Ocaqlı kəndi ərazisində saxlanılıblar.

Avtomobilə baxış zamanı oradan 25 kiloqram 285 qram heroin, 6 kiloqram 920 qram metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DSX   DİN   Narkotik