İran və `altılıq` ölkələri yenidən bir arada

İran və `altılıq` ölkələri yenidən bir arada
  16 Fevral 2014    Oxunub:1015
İran və `altılıq` ölkələri müzakirələrin yeni mərhələsinə başlayırlar.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın nüvə proqramı üzrə beynəlxalq vasitəçilərin ("altılıq") nümayəndələri ilə görüşmək üçün bu gecə Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

AzVision.az ISNA-ya istinadən xəbər verir ki, nazir Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və "altılıq" nümayəndələri ilə Cenevrədə əldə olunmuş birgə fəaliyyət planının icrası üçün atılacaq son addımları müzakirə edəcək.

M.C.Zərif ötən gün İran Dövlət Televiziyasına müsahibəsində fevralın 17-də Vyanada keçiriləcək müzakirələri çətin adlandırmışdı.
Qeyd edək ki, "altılığ"a ("P5+1" qrupu) Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Eşton danışıqlarda "3+3" qrupunun əlaqələndiricisidir.

Xatırladaq ki, İran və dünyanın altı lider dövləti 2013-cü il noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar. 2014-cü il yanvar ayının ikinci yarısından isə həmin planın icrasına başlanılıb.


Teqlər:





Xəbər lenti