İsmayıllı sakini narkotiklə tutuldu

İsmayıllı sakini narkotiklə tutuldu
  19 Yanvar 2021    Oxunub:1177
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Göytəpə kənd sakini N.Baratov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan sellofan torbada ümumi çəkisi 415 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: İsmayıllı   Narkotik  





Xəbər lenti