İsmayıllı sakinlərindən silahlar götürülüb

İsmayıllı sakinlərindən silahlar götürülüb
  16 Yanvar 2021    Oxunub:2107
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Qaraqaya kənd sakini A.Babayevdən “İJ”, həmkəndlisi V.Abbasovdan “Toz”, Buynuz kənd sakini E.Babayevdən və Diyallı kəndində yaşayan O.Baxışovdan “İJ” markalı qanunsuz saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: DİN   Tüfəng  





Xəbər lenti