Silsilə oğurluq edən dəstə saxlanıldı

Silsilə oğurluq edən dəstə saxlanıldı
  16 Yanvar 2021    Oxunub:1852
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılhacılı qəsəbəsində bir evdən və Balakürd kəndi ərazisində bir mağazadan məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətin Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun yanvarın 14-də Qızılhacılı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Qurbanov, Naftalan şəhər sakini T.Həsənov və Bakı şəhər sakini R.Şabanovla birgə rayon ərazisindəki mağazaların birindən pul, 964 manat dəyərində tütün məmulatı və spirtli içki oğurlaması da müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Qurbanov, T.Həsənov və R.Şabanov da saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti