Zaqatala sakini narkotiklə tutuldu

Zaqatala sakini narkotiklə tutuldu
  16 Yanvar 2021    Oxunub:1227
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polislər tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni üzərində daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini Q.Murtuzəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, davam etdirilən tədbirlərlə işlədiyi avtomobil təmiri məntəqəsinə baxış keçirilən zaman isə sellofan torbada 455 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Zaqatala   DİN  





Xəbər lenti