Daşkəsəndə yük maşını aşıb, ölən var

Daşkəsəndə yük maşını aşıb,    ölən var
  16 Yanvar 2021    Oxunub:1541
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonu ərazisində “MAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Süleymanov Şahin Abbas oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti