Qəbələdə irigövdəli ağac aşıb

Qəbələdə irigövdəli ağac aşıb
  15 Yanvar 2021    Oxunub:2862
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Zarağan kəndində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacı hissələrə kəsərək yoldan götürülməsini, bununla da həmin yolda vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

Azvision.az




Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti