Ağcabədi sakini 2 kq-a yaxın heroinlə tutuldu

Ağcabədi sakini 2 kq-a yaxın heroinlə tutuldu
  14 Yanvar 2021    Oxunub:2203
Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Quliyev 4 qrama yaxın metamfetamini satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, davam etdirilən araşdırmalarla onun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan müxtəlif qablaşdırmalarda ümumi çəkisi 1 kiloqram 815 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti