Lerikdə meşədə yanğın olub

Lerikdə meşədə yanğın olub
  14 Yanvar 2021    Oxunub:2118
Lerik rayonunun Təbrizli kəndi yaxınlığında meşə ərazisində 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Meşənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Lerik   Yanğın   FHN  





Xəbər lenti