Polis iki nəfərdən silah götürdü

Polis iki nəfərdən silah götürdü
  14 Yanvar 2021    Oxunub:1866
İsmayıllı rayon sakinində silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lahıc qəsəbə sakini İ.Mövlamovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Sumqayıt şəhərində Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti