Anbardan 5 ton kartof oğurlayanlar tutulub

Anbardan 5 ton kartof oğurlayanlar tutulub
  14 Yanvar 2021    Oxunub:1896
Tovuzda kartof oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Əyyublu kəndi ərazisində kənd sakini E.Əkbərova məxsus anbardan 2000 manat dəyərində 5 ton kartof oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev və Şamaxı rayon sakini R.Mehdiyev saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti