Şəhidlər Xiyabanı 20 Yanvara hazırlanır

 Şəhidlər Xiyabanı 20 Yanvara hazırlanır
  14 Yanvar 2021    Oxunub:2888
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.
BŞİH-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Azvision.az


Teqlər: Şəhidlər-Xiyabanı   20Yanvar  





Xəbər lenti