Qanunsuz saxlanılan silah götürülüb

Qanunsuz saxlanılan silah götürülüb
  13 Yanvar 2021    Oxunub:2562
Qəbələ rayon sakinində silah aşkarlanıb .
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini T.Gülməmmədovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti