Karantin qaydalarını pozan moda evi aşkarlandı

Karantin qaydalarını pozan moda evi aşkarlandı
  13 Yanvar 2021    Oxunub:1123
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkar edilib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci Polis Bölməsinə dəvət olunub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: Bakı   DİN  





Xəbər lenti