Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Anar Zeynalovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.
Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Tərtər Rayon Polis Şöbəsi-nin İstintaq Bölməsində araşdırma aparılır.
Azvision.az