Gizli işləyən çayxanada olanlar cərimələndi

Gizli işləyən çayxanada olanlar cərimələndi
  12 Yanvar 2021    Oxunub:2247
Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi-Bəhruz Həsənov və müştərilər - Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti