İki nəfərdən tüfəng götürüldü

İki nəfərdən tüfəng götürüldü
  12 Yanvar 2021    Oxunub:1815
Tərtər və Salyan rayon sakinlərində silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəyimsarov kəndində yaşayan R.Əlizadənin evidən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Salyan RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şorsulu kənd sakini E.Aslanovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti