Mağazadan 22500 manat oğurlanıb

Mağazadan 22500 manat oğurlanıb
  12 Yanvar 2021    Oxunub:2404
Sumqayıt şəhərində mağazada oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da şəhər ərazisindəki mağazaların birindən 5 500 manat və 10 000 ABŞ dolları (17 000) pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti