Beynəlxalq imtahanların tarixləri açıqlanıb

Beynəlxalq imtahanların tarixləri açıqlanıb
  12 Yanvar 2021    Oxunub:1949
2021-ci ildə Dövlət İmtahan Mərkəzində (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq ABŞ-ın ETS təşkilatının (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) beynəlxalq TOEFL iBT və GRE imtahanlarının keçirilməsini davam etdiriləcək. İmtahanlar DİM-in Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunur.
DİM-dən Azvision.az -a bildirilib ki, əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədilə imtahanlar hər otaqda 5-10 nəfər olmaqla və sosial məsafə gözlənilməklə təşkil olunacaq. Bundan əlavə, 2020-ci ildə olduğu kimi, bu il də beynəlxalq imtahanların təşkili zamanı bir sıra digər ehtiyat tədbirlərinin tətbiq olunması nəzərdə tutulur.

Xatırladaq ki, DİM ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından kompüter əsaslı TOEFL iBT, 2020-ci ilin martından isə GRE imtahanını təşkil edir.

Qeyd edək ki, digər beynəlxalq imtahanların tarixləri müəyyən olunduqdan sonra DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunacaq. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur. DİM-də keçirilməsi nəzərdə tutulan TOEFL iBT və GRE imtahanlarının tarixləri ilə posterlərdən tanış olmaq mümkündür.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti