Gəncədə maşınlardan oğurluq edən tutuldu

Gəncədə maşınlardan oğurluq edən tutuldu
  12 Yanvar 2021    Oxunub:1572
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 27 yaşlı Naib Əliyev cari ilin yanvar ayının müxtəlif vaxtlarında şəhər ərazisində vətəndaşlara məxsus müxtəlif avtomobillərdən iki ədəd ümumi dəyəri 545 manat olan mobil telefon və bir ədəd içərisində 3354 manat nağd pul olan pul qabını oğurlayıb.

N. Əliyev saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti