Hirkan Milli Parkında yanğın olub

Hirkan Milli Parkında yanğın olub
  12 Yanvar 2021    Oxunub:2505
Astara rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Alaşa kəndi yaxınlığında Hirkan Milli Parkın ərazisində 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Yanğın söndürülüb. Milli Parkın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Cənub Regional Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Dövlət Sərhəd Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti