Həftəsonu 3521 maşın postlardan geri qaytarılıb

 Həftəsonu 3521 maşın postlardan geri qaytarılıb
  11 Yanvar 2021    Oxunub:2027
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 2021-ci il 9-10 yanvar tarixlərində nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 3521 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5083 nəfər barəsində inzibati tənbeh, 4 nəfər barəsində isə inzibati həbs tədbiri tətbiq olunub.

Azvision.az


Teqlər: DİN   Cərimə  





Xəbər lenti