Gizli işləyən oyun zalı aşkarlandı, 22 nəfər cərimələndi

Gizli işləyən oyun zalı aşkarlandı,    22 nəfər cərimələndi
  11 Yanvar 2021    Oxunub:1763
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa Playstation club” oyun zalı aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, “Alfa Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti