Millət vəkili şəhid ailələrinə baş çəkdi – FOTOLAR

   Millət vəkili şəhid ailələrinə baş çəkdi –    FOTOLAR
  10 Yanvar 2021    Oxunub:1647
Millət vəkili Sahib Alıyev yanvarın 8-dən Tərtərdə Rayon İcra Hakimiyyətinin səlahiyyətli təmsilçisi Elvin Umudovla birgə ikinci Qarabağ savaşında şəhid vermis ailələrini ziyarət edib.
Onlar şəhid ailələrinin vəziyyətləri, problem və qayğılarıyla maraqlanıblar. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərlərini yoluna qoymaq üçün uyğun strukturlarla əlaqə saxlanılır.





- Qəhrəman Tərtər bu savaşda da ən çox şəhid verən rayonlarımızdandır. Əlli yeddi şəhidimiz var, hamısının ruhu qarşısında baş əyirəm!,- deyən millət vəkilinin sözlərinə görə, şəhidlərimizin bir çoxunun valideynlərini dinləyərkən əmin olursan ki, övladlarının qəhrəman kimi yetişmələrində genləri və aldıqları tərbiyə az rol oynamayıb:







- Elə bir şəhid ailəsi olmadı ki, orada dövlətimizdən, Ali Baş Komandanımız cənab İlham Əliyevdən və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevadan razılıq edilməsin, qazanılan zəfərə, göstərdikləri qayğıya görə minnətdarlıq bildirilməsin. Mən də onlara qoşuluram və eyni zamanda özlərinə də buradan bir daha belə övladlar yetişdirdiklərinə, qədrbilənliklərinə, təvazökarlıqlarına, böyükürəkliliklərinə görə minnətdarlığımı, sayğımı bildirirəm!






























Teqlər: Tərtər   Sahib-Alıyev  





Xəbər lenti