Bakıda tanışını öldürən şəxs tutuldu

 Bakıda tanışını öldürən şəxs tutuldu
  10 Yanvar 2021    Oxunub:2069
Yanvarın 9-da saat 17 radələrində 1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlunun paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 124 saylı binanın qarşısında qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami rayon prokurorluğundan Azvision.az -a bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Bəhreynin Baş prokuroru ölkəmizə gəlib - FOTO
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Qurbanov Kamil Duranxan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla İmran Səfərova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Peşəkarlıqla keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Kamil Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Qətl   Cinayət   Həbs  





Xəbər lenti