Gürcüstanda qocalar evində virus yayılıb – 5 ölü

Gürcüstanda qocalar evində virus yayılıb – 5 ölü
  15 Fevral 2014    Oxunub:867
Gürcüstanda qocalar evində 5 nəfər virus infeksiyasından ölüb.
Gürcüstanın İmereti regionunda "Müqəddəs Ktevan" qocalar evində 5 nəfər dünyasını dəyişib. AzVision.az Trend-ə istinadən xəbər verir ki, qocalar evindən jurnalistlərə bildirilib ki, onların ölümünə virus infeksiyası səbəb olub.

İlkin məlumatlara görə, ölümə səbəb kimi "donuz qripi" göstərilir. Lakin dəqiq məlumat aparılacaq ekspertizadan sonra məlum olacaq.

Daha bir neçə nəfərdə isə yüksək hərarət qeydə alınıb. Onların vəziyyəti ağır qiymətləndirilir.


Teqlər:





Xəbər lenti