Moskvada erməni terrorçunun adına klub açıldı

Moskvada erməni terrorçunun adına klub açıldı
  14 Fevral 2014    Oxunub:1208
Rusiyanın paytaxtı Moskva şəhərində “Monte” Döyüş Sambo klubu yaradılıb. Moskva Erməni Gəncləri Assosiyasının (MEGA) dəstəyi ilə yaradılan klubda diaspora erməniləri döyüş hazırlığı keçəcəklər. Artıq öz sıralarında böyük əksəriyyəti erməni milliyətindən olan 150 gənci birləşdirən “Monte” döyüş klubundakı məşqlərə Qraçya Badalyan rəhbərlik edəcək.

Məsələnin Azərbaycan üçün maraqlı olacaq tərəfi isə bu döyüş klubunun adıdır. “Monte” adlanan sambo klubu “ASALA” təşkilatının tərkibində türk diplomatlarına qarşı sui-qəsd aksiyalarında iştirak edən, Dağlıq Qarabağ müharibəsi zamanı Əsgəran rayonu istiqamətində erməni qoşunlarına rəhbərlik edən Monte Melkonyanın şəfərinə belə adlandırılıb.

Xatırladaq ki, 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olan Monte Melkonyan 1991-ci ildən Dağlıq Qarabağ ərazisindəki döyüşlərdə iştirak edib. Melkonyan 1993-cü il iyunun 11-də Ağdamın Mərzili kəndində Azərbaycan ordusu ilə döyüşdə öldürülüb. Ölümündən sonra Monte Melkonyana “Ermənistanın Milli Qəhrəmanı” adı verilib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti