“Changan” oğurladı, 3 gün sonra tutuldu

 “Changan” oğurladı, 3 gün sonra tutuldu
  08 Yanvar 2021    Oxunub:1798
Avtomobil oğurluğu ilə məşğul olan şəxs ələ keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinə müraciət edən Məmmədağalı kənd sakini R.Hüseynov yanvarın 5-də şəhər ərazisindən “Changan” markalı avtomobilinin qaçırıldığını bildirib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini T.Alıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək avtomobillə birgə saxlanılıb.

Faktla əlaqədar araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq   Qəbələ  





Xəbər lenti