Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı

Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
  08 Yanvar 2021    Oxunub:1861
Gömrükçülər xeyli miqdarda dərman preparatı aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmız Körpü” gömrük postunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu sual olunub.

Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı yük nəqliyyat vasitəsinin salonunun yuxarı hissəsində olan boşluqlarda və yataq yerində söykənəcəyin arxasında gizlədilən 19 adda 313 qutu dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Dərman  





Xəbər lenti