Qurban kəsmək qadağan edildi

Qurban kəsmək qadağan edildi
  14 Fevral 2014    Oxunub:1606
Danimarkada qurban kəsməyə qadağa qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə Danimarkanın Kənd Təsərrüfatı və Qida Nazirliyi qərar verib. Bildirilib ki, qərar gələn həftənin bazar ertəsindən həyata keçiriləcək.

Kənd təsərrüfatı və qida naziri Karen Həkkerup qadağaya səbəb kimi bildirib ki, heyvan haqları dinlərdən öncədir.

Bu qərar isə Danimarkada yaşayan müsəlman və yəhudilərin etirazına səbəb olub.

Qeyd edək ki, bundan öncə də bu qərar Polşa, İslandiya, İsveç, Norveç və İsveçrədə qəbul edilmişdi.


Teqlər:  





Xəbər lenti