Üç nəfərdən silah-sursat götürüldü

Üç nəfərdən silah-sursat götürüldü
  08 Yanvar 2021    Oxunub:2103
Bakıda silahlı şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən “Makarov” markalı tapança, E.Mürşüdovdan “Naqan” tipli tapança, R.İsmayılovdan isə “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 7 ədəd patron və 1 ədəd səsboğucu aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar cinayət işləri başlanıb.

Azvision.az


Teqlər: Silah  





Xəbər lenti