Keçmiş məhkumdan 6 kq narkotik götürüldü

Keçmiş məhkumdan 6 kq narkotik götürüldü
  08 Yanvar 2021    Oxunub:1971
Abşeron sakinindən narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbat xidmətindən Azvision.az -a bildirilib ki, Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş A. Şahbazov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 6 kiloqramdan artıq marixuana götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti