“Ləzzət kafe” gizli işləyirmiş

“Ləzzət kafe” gizli işləyirmiş
  07 Yanvar 2021    Oxunub:2401
Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Arıxdam kəndi ərazisində “Ləzzət kafe” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, obyektin sahibi Bayram Camalovla yanaşı onun müştəriləri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: Gədəbəy  





Xəbər lenti