Təcrübəli gəmi kapitanı vəfat edib

Təcrübəli gəmi kapitanı vəfat edib
  07 Yanvar 2021    Oxunub:2260
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının "Abşeron-19" gəmisinin təcrübəli kapitanı Tyurin Valeri Viktoroviç vəfat edib.
Bu barədə Azvision.az - a ASCO-dan məlumat verilib.

O, 30 oktyabr 1958-ci ildə Bakı şəhərində anadan olub, ömrünün böyük hissəsini dənizçiliyə həsr edib. Əmək fəaliyyətinə 1976-cı ildə “Xəzərdənizneftqazdonanma” İdarəsində III dərəcəli elektroqaz qaynaqçısı kimi başlayıb.

1981-ci ildə “PS-166” gəmisində matros-şagirdi olub. Sonrakı dövrlərdə KIRJIM gəmisində II dərəcəli matros, “Abşeron-12” və “MK-1184” gəmilərində I dərəcəli matros vəzifələrində işləyib. 1987-ci ildə “MK-1184” kapitanın böyük köməkçisi kimi fəaliyyətə başlayıb. 7 il bu gəmidə çalışdıqdan sonra kapitan vəzifəsinə yüksəlib. Elə 1993-cü ildən ömrünün sonunadək “Abşeron-19” gəmisində kapitan olaraq çalışıb.

"Tyurin Valeri Viktoroviç mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarımız Tyurin Valeri Viktoroviçin vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk", - deyə qurum bəyan edib.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Kapitan   TyurinValeriViktoroviç  





Xəbər lenti