Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  07 Yanvar 2021    Oxunub:1672
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti