DİN-dən
Azvision.az -a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunanlar- S.Məmmədov və M.Namazov Goranboy rayonu ərazisində saxlanılıblar.
Şəxsi axtarış zamanı S.Məmmədovdan 1,2 kiloqram marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə M.Namazovun evindən isə 10 kiloqram 350 qram marixuana götürülüb.
Azvision.az