Evdən 15 minlik oğurluq edildi

Evdən 15 minlik oğurluq edildi
  07 Yanvar 2021    Oxunub:926
Bakıda evdən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də rayon ərazisindəki evlərin birindən 5 000 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əzizov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti