İlin ilk parlament seçkisi Qazaxıstanda keçiriləcək

İlin ilk parlament seçkisi Qazaxıstanda keçiriləcək
  07 Yanvar 2021    Oxunub:1687
“2021-ci ilin başlanğıcı Qazaxıstanda Parlamentin aşağı palatasına və yerli nümayəndəlik orqanları – maslihatlara seçkiləri ilə əlamətdardır. 10 yanvar tarixində, təxminən 11 milyon seçici Bakıdakı səfirliyimiz də daxil olmaqla, ölkədə və onun hüdudları kənarında yerləşən 10 000 seçki məntəqələrində səs vermək imkanını əldə edəcəklər”.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkarimovun "Qazaxıstanda parlament seçkiləri: Modernləşmə və tərəqqi yolunda irəliyə yeni addım" adlı məqaləsində deyilir:

"Maraqlıdır ki, konstitusion tarixlərdə və COVID-19 pandemiyası şəraitində maksimal təhlükəsizlik tədbirləri şəraitində keçiriləcək seçkilər 2021-ci ildə dünyada ilk parlament seçkiləri olacaq.

Rəqabət, Məclisindəki 107 deputat yeri uğrunda gedəcək, onlardan 98 nəfər 7 faizlik baryeri keçən partiya siyahılara daxil edilən namizədlər arasından seçiləcək. Daha 9 deputat Konstitusiya statusuna malik və 120 milliyyətin nümayəndəsi olan vətəndaşlarımızın maraqlarının təmsil edilməsini təmin edən, unikal institut olan Qazaxıstanın Xalq Assambleyası tərəfindən seçilir".

Məqalədə vurğulanıb ki, koronavirus pandemiyası həm Qazaxıstanın daxilində, həm də bütün dünyada bununla 1 ildir davam edən mübarizəsi, seçkidə iştirak edən ölkədə qeydə alınmış altı partiyadan beşinin seçki kampaniyasının keçirilməsinə ciddi iz qoyub:

"Lakin, 2016-cı ildə parlament seçkilərindən kəskin şəkildə fərqlənən indiki elektoral kampaniyasının digər xüsusiyyətləri də var. Söhbət, son bir il yarım müddət ərzində, Prezident Kasım-Jomart Tokayevin 2019-cu ilin iyununda baş tutan andiçmə mərasimindən sonra başladığı və Qazaxıstanda demokratik prosedurların və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə yönəlmiş qanunverici islahatlardan gedir.

Belə ki, yeni qəbul olunmuş qanunlara əsasən, 18,5 mln. əhalisi olan və dünyanın doqquzuncu ən böyük ölkəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb olunan imzaların sayı iki dəfə azaldılıb (40 mindən 20 minədək). Bu, yeni partiyanın təsis edilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır və bir neçə birlik qeydiyyatdan keçmək istəyini bildirib.

Qadınların və cavanların siyasətlə məşğul olmasını və qərarların qəbul edilməsi üzrə demokratik prosesdə onların rolunun gücləndirilməsini təmin edən yeni prinsiplər qanun şəklində tətbiq edildi. Bundan sonra, siyasi partiyaların parlamentə namizədlərin siyahısında qadınların və 29 yaşına qədər cavanların olması ilə bağlı 30 faizlik icbari kvotalar tətbiq edildi. Bu norma, ümumilikdə 312 namizəddən ibarət seçki siyahısını seçicilərin ixtiyarına verən bütün beş partiya tərəfindən icra olunur.

Məclisin rəhbər strukturlarında parlament azlığının təmsil olunmasının əlavə zəmanətlərin təsbit edilməsini nəzərdə tutan parlament müxalifəti institutu qanun şəklində təsdiq olundu. Belə ki, Məclisin bir komitə sədri və iki müxtəlif komitələrin katibləri parlament müxalifəti tərəfindən irəli sürülən deputatların siyahısından seçiləcək.

İfadə azadlığı hüququnun həyata keçirilməsi üçün daha da əlverişli şəraitlərin yaradılması məqsədilə dinc toplaşmaların təşkili və keçirilməsi qaydaları haqqında Qanuna düzəlişlər də qəbul edilib. Düzəlişlər Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının əsas müddəalara uyğundur. Bundan sonra, dinc toplaşmaların keçirilməsi niyyəti barədə hakimiyyətə bildirilməsi üçün vaxt xeyli azaldılıb. İndi, vətəndaşlar, ilkin olaraq tətbiq edilən 15 günlük müddətdən fərqli olaraq, tədbirin keçirilməsinə 5 gün qalmış bunu etməlidirlər.

Bütün bu islahatlar və ölüm cəzasının ləğvi anlamına gələn Qazaxıstanın bu yaxınlarda yuxarında qeyd olunan Paktının İkinci fakultativ protokola qoşulması kimi ölkənin siyasi həyatında digər dəyişikliklər, Tokayevin elan etdiyi “eşidən dövlət” konsepsiyasını əks etdirirlər. Bu konsepsiyaya əsasən, əhalinin fikirlərin sadəcə qeydə alınmasından savayı, dövlət, siyasi qərarların qəbul edilməsi prosesində ictimai rəyi aktiv şəkildə nəzərə alır.

Partiyalar seçicilərin səsləri uğrunda həm offlayn, həm də pandemiya məhdudiyyətləri şəraitində xüsusilə tələb olunan onlayn rejimində aktiv şəkildə mübarizə aparırdılar. Partiyaların liderləri və nümayəndələri arasında ümummilli telekanalların efirində debatların bir neçə raundu keçirilib. Bunun xüsusiyyəti, həmçinin, bundan öncə baş tutan iki partiyaların rebrendinqi və hakim “Nur Otan” partiyasında ümummilli praymerizlərin keçirilməsi olub. Seçki kampaniyasını ölkədə fəaliyyət göstərən 3000 kütləvi informasiya vasitələrin çoxusu fəal şəkildə işıqlandırır.

Baxmayaraq ki, partiyaların təqdim etdiyi seçki platformaları ölkə qarşısında dayanan tapşırıqların və problemlərin həlli ilə bağlı prinsipial şəkildə fərqli həll yolları təklif edir, əsas məsələdə onlar ümumi sosial istiqamətə yönələn mövqedə dururlar. Onlar, həmçinin, hesab edirlər ki, modernləşmə, vətəndaş institutların və demokratiyanın gücləndirilməsi yolu ilə hərəkət etməsi ölkənin dayanıqlı iqtisadi inkişafını və qazaxıstanlıların rifah halının artımını təmin edə bilər".

Səfir əlavə edib ki, dövlət başçısı Kasım-Jomart Tokayev məhz bu mövqeyi tutur. Ona görə də, seçkilərin nəticələrindən asılı olmayaraq, onun, xüsusən pandemiya ili ərzində ölkənin üz-üzə qaldığı müasir çətinliklərin aşması üçün tələb olunan miqyaslı islahatların kursu ali qanunverici orqanı və seçki nəticələri əsasında formalaşan hökumət tərəfindən bundan sonra da dəstək alacaq. Bu o deməkdir ki, ölkəmiz, Azərbaycanın da daxil olmaqla, bir çox ölkələrdən və 11 beynəlxalq təşkilatlardan gələcək təqribən 400 müşahidəçilərin iştirakı ilə, yüksək demokratik standartlarına uyğun keçirtmək niyyətində olduğu seçkilərdən sonra Qazaxıstan modernləşmə və tərəqqi yolu ilə inamlı hərəkət etməsini davam edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Seçki  





Xəbər lenti