Astarada karantini pozan 15 nəfər cərimələnib

Astarada karantini pozan 15 nəfər cərimələnib
  07 Yanvar 2021    Oxunub:1215
Astarada karantin rejimini pozan çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Rudəkənar kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

Keçirilən baxış zamanı həmin vaxt orada obyektin sahibi Q.Mirzəyevlə yanaşı 14 nəfər müştərinin də olduğu müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti