Vətən müharibəsində şəhid olan futbolçuların sayı açıqlandı

   Vətən müharibəsində şəhid olan futbolçuların sayı açıqlandı
  06 Yanvar 2021    Oxunub:2004
AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
Azvision.az xəbər verir ki, onlardan 190 nəfəri oyunçu, biri isə məşqçi kimi sistemdə qeydiyyatda olub. Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.

2009-cu ildən bu günədək 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir.

Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.

Azvision.az


Teqlər: AFFA   Müharibə   Şəhid  





Xəbər lenti