Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən yeddi nəfər Bakı sakini saxlanılıb.
Axtarış zamanı onlardan ümumilikdə 430 qrama yaxın heroin, 11 qramdan artıq metamfetamin və 2 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb.
Azvision.az