Qaxda gizli işləyən oyun zalı aşkarlanıb

Qaxda gizli işləyən oyun zalı aşkarlanıb
  06 Yanvar 2021    Oxunub:1705
Qax rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən kompüter oyunları zalı aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Marsan kəndi ərazisində Sakit Osmanova məxsus obyektə baxış keçirilən zaman obyekt sahibi və müştərilərin xüsusi karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər Polis Şöbəsinə dəvət olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti