Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Bayramova Xəzər rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a məlumata görə, şəxsi axtarış zamanı ondan 500 qram, Buzovna qəsəbəsindəki evindən isə 1 kiloqram 655 qram heroin aşkar edilərək götürülüb.