Bakıda 12 yaşlı qız itkin düşüb - FOTO

Bakıda 12 yaşlı qız itkin düşüb -  FOTO
  05 Yanvar 2021    Oxunub:2729
Bakının Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.

Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq xəbər vermələri xahiş olunur.



Azvision.az


Teqlər: DİN   Qız   itkin  





Xəbər lenti