5 azyaşlı liftdə köməksiz vəziyyətdə qaldı

5 azyaşlı liftdə köməksiz vəziyyətdə qaldı
  05 Yanvar 2021    Oxunub:1054
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfər azyaşlının liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN   Azyaşlı   Lift  





Xəbər lenti