Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  05 Yanvar 2021    Oxunub:1420
Türkiyədə son sutka ərzində 197 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 13 695 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 21 685, virusa yoluxanlar isə 2 255 607 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 146 430 pasiyent sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti