Lənkəranda ağır qəza, ölən və yaralı var

Lənkəranda ağır qəza, ölən və yaralı var
  04 Yanvar 2021    Oxunub:1400
Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hərəkətdə olan 90-NE-547 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtonəqliyyat vasitəsini yol kənarındakı daş hasara, sonra ağaca çırparaq su kanalına aşıb.

Sürücü, Lənkəran rayonunun Girdəni kənd sakini, 1994-cü il təvəllüdlü Yunis Kərimov hadisə yerində ölüb. Maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Elşən Bəndizadə isə ağır bədən xəsarətləri alıb.

O, deformasiyaya uğramış avtomobildən çıxarılaraq qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti